27 İyun 2010 @ 1:07 PM 

YouTube Preview Image
Bu video-flimdə əsl məqsəd Mədəniyyət Nazirliyinə bu barədə mesaj göndərməkdir.
Video 25.06.2010da çekilib. Bu Hamam Qubada Mərkəzi ATS-in yanında yerləşir. Səhv etmirəmsə adı Çuxur hamamıdır. Burdakı camaat deyirki bu hamam bir şamla qızırmış və bu hamamdan dünyada iki dənədir. Biri İranda o biri Qubada. Hamam barədə tək məlumat buradan tapdım http://www.hayatimiz.org/news.php?id=…

FarahimA

Posted By: AZTV
Last Edit: 27 İyun 2010 @ 01:38 PM

EmailPermalinkComments (3)
Tags

 22 İyun 2010 @ 12:43 PM 

Mən neçə vaxtdı deyirəmki gəlin, Molla.az yaradaq. Orada kriminal xəbərlər verək. Və daha sonra siğə xidmətləri də verək:)
Üstəlik, cadır, ölü maşını reklamları filanda tuta bilərik. Eşidən yoxduki.. (dəstəkləyən varsa başlayaq işə:)

Qeyd. Siğə məsələsi kimdəsə aqresiya doğura bilər mən bu barədə heç nədemirəm. Amma bu siğə barədə bu söhbət maraqlıdır.
Şəkil, sun.az saytına məxsusdur.

FarahimA

Posted By: AZTV
Last Edit: 22 İyun 2010 @ 12:50 PM

EmailPermalinkComments (0)
Tags
Tags: , ,
Categories: Baş Səhifə

 17 İyun 2010 @ 4:54 PM 

FƏLAKƏTİN MÜSBƏT TƏƏSİRLƏRİ

1. Yollar düzədilib. İndiyə kimi bərbad vəziyyetdə olan Sabirabad yolları bügünlərdə çox qonaqlı-qaralı olduğuna görə əla təmir olunub.
2. Mal-mülk hecdir. 4000 insanın bir necə gündə evinin dağılması insanlara əyani sübüt oldu. İnsanların necə illər ərzində düzgünlüklə-əyriliklə yığdığı mal-mülk bir gündə dağıldı.
3. Birlik. Fəlakət vaxtı hamı bir yumruq kimi calışırdı. Misal üçün; Bəndvurma zamanı cavab kişilər işləyir, yaşlılar isə evdən olar üçün su və peroşki filan gətirirdilər. Məmur və kəndli bir bəndin qırağında yatır eyni qabdan yemək yeyir.
4. Hamı dostlaşıb. İnsanlar bir-birilərinə daha qayğıkeş davranırlar. Öz əhval-ruhiyyələrini yüksək tutmağa calışırlar.

İndi “qacqınlar” tək bir-şey düşünürlər; DÖVLƏT KOMPENASİYA AYIRACAQMI?
Ayıracaqsa ona nə dərəcədə nəzarət olunacaq? Nələrin xərci ödəniləcək? Yerlərdə dizinfeksiya işlərinə baxılacaqmı? Və s.

FarahimA

Posted By: AZTV
Last Edit: 17 İyun 2010 @ 04:54 PM

EmailPermalinkComments (2)
Tags

 09 İyun 2010 @ 11:59 AM 

ELAN!
Bu yaxınlarda təlimlərin birində, zarafatla dedim ki “Hə, bilirəm bir az çox danışdım. Sizi yordum.”
Təlimdə olan, orta yaşlı bir qadın:
- Yox, oğlum sənin səsin o qeder bele xoşdur ki, adam yorulmur səsindən. Üzünü o tərəfə tutsan deyərsən ki, bu o oğlan “şkafdır”. 
Ondan əvvəldə təlim iştirakçılarından bir necə nəfər məndən soruşduki, “siz hansısa radioda işləmirsiz?”
- Yox.
- Amma sizin səsiniz ANSÇM-dəki “filankəs”in səsinə oxşayır.

Və bu rdan bir nəticə cixarıb Rodiolara Elan yazmaq fikrinə düşdüm:
Hörmətli RADİO ŞİRKƏTLƏRİ MƏN SİZİN RADİODA ÇALIŞA BİLƏRƏM.

p.s.1.. “Hörmətli” sözünü o qədər də ciddiyə almayın. Radio şirkəti Hörmətsizdə ola bilər.
p.s 2.. Xüsusən internet radio arzulayıram.

FarahimA

Posted By: AZTV
Last Edit: 09 İyun 2010 @ 11:59 AM

EmailPermalinkComments (0)
Tags
Tags: , ,
Categories: Baş Səhifə

 30 May 2010 @ 3:57 PM 

Gozlenildiyi kimi Eurovision biten kimi google-da axtarishlar bashladi.
Birinci yerde ise heleki, Lenadir. Safura ise 3-cudur. Neticeleri ashagidaki linken izleyin

http://www.google.com/intl/en/landing/eurovision/index.html

Video:
YouTube Preview Image
Bu melumata gore Sadig Muradov-a teshekkurler!

FarahimA

Posted By: AZTV
Last Edit: 30 May 2010 @ 04:49 PM

EmailPermalinkComments (0)
Tags

 29 May 2010 @ 11:08 AM 

“Bəndlər göstərişlə yarılıb. Çünki, bəndlər yarılmasaydı, Kür o ətrafda olan neft quyularını basacaqdı.”

Sabirabad qaçqınları 28 may bayramını əla qeyd edirdilər.

28May günü “qaçqınların” yerləşdiyi məktəblərdən birinə getdim. Əskərlər, kopüterdə musiqi acmışdılar, uşaqlarda əllərində bayraq oynayırdılar. Bəzi tanışları gördüm, hamı gülər üzlü danışırdı. Bloqmun adı AzTV olduğuna görə belə yazmıram vallah, gördüyümü deyirəm, çünki bu vəziyyət mənə də süpriz oldu. Hələ oğlan var idi, deyirdi ki, “Vallah mən biləsydim bizə belə yaxşı baxacaqlar, mən o Kürü lapatka ilə çoxdan acıb kəndə buraxardım” ;)

Fövqəladə vəziyyətin nə olduğu ancaq Sabirabadda hiss etmək olur.

Sabirabadın girişində 200-ə yaxın torpaq və daşla dolu yük maşını hazır dayanıb. Rayonun “salamat” qalan yerlərində hamı qorxu içindədi, Ətraf hərbi geyimli insanlarla, postlara, böyük yük maşınları və avtobuslarla doludur. Havada helikopterlər gəzər. Əksər yollara bağlıdır. Qaz gəlmir. Su və işıqda tez-tez problemlər olur. Hər saat TV xəbərlərini izlənilir. Qohumlar tez-tez bir-birilərini yoxlayır.

Rayon mərkəzindən kənlərə getdikdə isə, “müharibə havas” hiss olunur. Kur-sabirabad-subasmaTüfəngli sakinlər, bütün günü həm bənd vurur, həmdə bəndin qoruğunu cekirlərki, qonşu kəndlilər gəlib, bəndi yarmasın. Bu vaxta qədər bir necə belə ciddi qarşıdurmalar olub.

Üstəlik rayonda heç kim Kürün bəndləri yardığına inanmır. Burda deyirlər ki, bəndlər göstərişlə yarılıb. Çünki, bəndlər yarılmasaydı, Kür o ətrafda olan neft quyularını basacaqdı. Bəzən rəsmilərin müsahibələrində bunun həqiqət olduğu hiss olunur. Buna görə də, bəzi kəndlərdə FHN nümayəndələrini kəndə buraxmırlar. Bir necə gün (27may 2010-da) Sabirabad Rayon İcra hakimiyyətinin önündə kiçik aksiya oldu.

Əlimə yaxşı adsl internet düşən kimi bura videolar yükləyim sizə göstərəcəm.

FarahimA

Posted By: AZTV
Last Edit: 29 May 2010 @ 11:23 AM

EmailPermalinkComments (0)
Tags

 01 May 2010 @ 11:21 AM 

30aprel 2010. Anım Mərasiminə gələn insanları polis və mülkü geyimli adamlar o qədər qovdular ki, mərasim aksiyaya cevrildi.
YouTube Preview Image
Videonun əvvəlində Pənah Hüseynin cıxışını daha sonra isə Polisin sərt rəftarını göəcəksiniz.
Polislər əməlli başlı qeyri profesionallıq nüməyiş etdirirdilər. Oradakı tələbələr polislərdən daha soyuqqanlı idilər. Dəfələrlə olduki, polislər o tərəf bu tərəfə qacanda onlara qışqırırdıqki, “polislər qacmayın, vallah ətrafdan camaat sizə baxıb qorxurki görəsən nə olub” :)

FarahimA

Posted By: AZTV
Last Edit: 01 May 2010 @ 11:46 AM

EmailPermalinkComments (0)
Tags

 19 Aprel 2010 @ 6:52 PM 

Hava yastıqlarının içində sodyum asit və dəmir-30-oksid var. Hansısa sıxılma zamanı bu maddələr bir-birləri ilə birləşirlər. Bərləşmədən isə çoxlu azot qazı yaranır. Azot qazıda hava yastığını doldurannan sonra, yastıq tam şişmiş olur.

Əlbətdə, bütün bu proseslər, 84millisaniyəyə baş verir.

FarahimA

Posted By: AZTV
Last Edit: 19 Aprel 2010 @ 07:21 PM

EmailPermalinkComments (0)
Tags
Categories: Baş Səhifə

 19 Aprel 2010 @ 3:16 PM 
YouTube Preview Image

Cekən Cavid Quliyev

FarahimA

Posted By: AZTV
Last Edit: 12 İyul 2010 @ 10:35 AM

EmailPermalinkComments (0)
Tags
Categories: Baş Səhifə

 06 Aprel 2010 @ 6:00 PM 

Lənkaran məcarası başladı Yeni Bakı Avtovağzalından. Deməli Avtovağzalda yol azuqəsi almaq üçün 3 ərzaq dükanına yaxınlaşıb soruşduq:
- Biz nəsə alsaq sizdən bizə cek (qəbz) verəcəqsiniz?
- Yox. Bizdə cek olmur.
Nəhayət 3çü və sonuncu dükan dan soruşduqki, burada cek verə bilən dükan vaaar?
Cavab yenə “yox” oldu: Burada hec kimdə cek olmur.
[Elə indi mən sizə söz verirəmki bu işi belə qoymayacam, bunu Vergilər Nazirliyindən araşdırıb bu bloqa yazacam.]

Təxminən saat 4də (16:00da) Lənkarana catdıq və təlim 4də başlamalı idi. Tələsik olsada təlim yaxşı alındı, Mənim təqdimatım “İnternet-Sizin İmiciniz Üçün” adlanırdı.

Nəhayət 10saatlıq aclıqdan sonra, yemək yeyəndə hamı (xüsusən də Samir:) aclıqdan şikayətlənirdi. Bu vaxt təlimin kordinatoru Afiq müəllim: Babək demişkən, “MƏN AYLARLA AC-SUSUZ QALMIŞAM. AMMA BİR DƏFƏDƏ OLSUN, ÜMİDSİZ QALMAMIŞAM.” dedi.
[Bu sözlər hələdə qulağımdan cekilmir. Ümumiyyətlə o insan dayananda bilmirdim ortaya nə söz atımki o yenə başlasın danışmağa, cünki çox maraqlı insan idi və hər sözün əvvəlində misallar (həmdə zarafatlar) gətirirdi.]

Təlimin ikinçi günündə (3aprel 2010) isə, hamı özünə Facebook, Twitter, YouTube və Blogda saytlarında hesabları acdılar. Bunlardan necə istifadə etməyi, bunların əhəmiyyətini, bizə nələr verəcəyini aydınlaşdırdıq. Ümid edirik ki, bu yaxınlarda onların sosial mediadakı aktivliyini biz görəcəyik.

Səfədə xoşuma gəlməyən tək hissə isə elə bu təlimdən sonra gələn hissə oldu. Deməli, təlim günortda saat 2də bitdi və bizdə saat 3də avtobusa minib Bakı gəldik.  Misal üçün axşam avtobusuyla gələ bilərdik və qalan vaxtımızı Lənkaranı gəzməklə kecirə bilərdik.
Qeyd. Bir tərəfdandə saat 3də Lənkaran Avtovağzalında (onların dili ilə desəm, Ləvəngidə) olmağımız yaxşı oldu ki, orda mən ANS-ə müsahibə verdim. Səhv etmirəmsə mənim müsahibəbi bugün (6 Aprel 2010) axşam saat 9da, “Xəbərçi”də göstərməlidirlər.

FarahimA

Posted By: AZTV
Last Edit: 06 Aprel 2010 @ 06:01 PM

EmailPermalinkComments (0)
Tags
Categories: Baş Səhifə




Change Theme...
  • Users » 647
  • Posts/Pages » 30
  • Comments » 47
Change Theme...
  • VoidVoid « Default
  • LifeLife
  • EarthEarth
  • WindWind
  • WaterWater
  • FireFire
  • LightLight

Əlaqə



    No Child Pages.

Şeir



    No Child Pages.